Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması mərhələsinə keçməyə hazır olduğunu açıqlayıb.
Army.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskvanın mövqeyi dəyişməz olaraq qalır və bu mövqe iki il əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən Xarici İşlər Nazirliyində səsləndirilib.
Peskov hazırda sülh prosesinə keçid üçün konkret ilkin şərtlərin formalaşmadığını qeyd edib. O əlavə edib ki, məsələ ilə bağlı işlər davam etdirilir.
