Ev DünyaPapuaşvilidən Kallasa sərt ittiham: “Bu, sovet yanaşmasıdır”

Papuaşvilidən Kallasa sərt ittiham: “Bu, sovet yanaşmasıdır”

by Baş Redaktor
60 Baxış

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallası tənqid edərək, onun yanaşmasını sovet idarəçilik düşüncəsi ilə müqayisə edib.

Army.az xəbər verir ki, Papuaşvili Kallasın ayrı-ayrı ölkələrə xarici əlaqələrini necə qurmalı olduqlarını diktə etməyə çalışdığını bildirib.

Onun sözlərinə görə, Kallasın ofisindən Avropa ölkələrinin paytaxtlarına Gürcüstanla münasibətlərin dayandırılması ilə bağlı birbaşa göstərişlər göndərilir.

Papuaşvili bu yanaşmanın Sovet Moskvasının siyasətini xatırlatdığını vurğulayıb. O qeyd edib ki, Estoniyada sovet nomenklaturasına mənsub ailədə doğulub böyüyən Kallas Sovet İttifaqını tənqid etsə də, düşüncə tərzində həmin sistemin xüsusiyyətlərini daşıyır.

banner

“Özünü Avropa İttifaqının xarici işlər naziri kimi aparan Kaya Kallas ölkələrə, parlamentlərə və xalq tərəfindən seçilmiş qurumlara kiminlə dostluq etməli, kimlə danışmalı, kimdən uzaq durmalı olduqlarını diktə etməyi özünə rəva görür. Bu, sovet yanaşmasıdır”, – deyə Papuaşvili bildirib.

Əlaqəli Yazılar Xüsusi