Ev DünyaŞoyqu: İrəvanın seçimi gələcək nəticələrə təsir edəcək

Şoyqu: İrəvanın seçimi gələcək nəticələrə təsir edəcək

by Baş Redaktor
4 Baxış

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın təhlükəsizlik sahəsində seçdiyi yanaşmaya münasibət bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onun sözlərinə görə, mövcud regional problemlər ortaq mexanizmlərlə və əməkdaşlıq çərçivəsində daha səmərəli həll oluna bilər:

“KTMT çərçivəsində tərəfdaş olan Ermənistanın təhlükəsizlik təminatını Qərb istiqamətində axtarması Moskvanın təəssüf doğuran yanaşma hesab etdiyi addımdır. Bununla belə, sözügedən qərar Ermənistan rəhbərliyinin suveren seçimidir və həmin qərarın nəticələrinə görə məsuliyyət də ölkə rəhbərliyinin üzərinə düşür. Ermənistanın hazırkı kursu gələcəkdə ölkənin inkişafı və təhlükəsizlik modeli baxımından mühüm rol oynayacaq”.

banner

Əlaqəli Yazılar Xüsusi