Ev DünyaRusların neçə faizi Putinə güvənir? Son rəqəmlər bəlli oldu

Rusların neçə faizi Putinə güvənir? Son rəqəmlər bəlli oldu

by Baş Redaktor
81 Baxış

Rusiyada prezident Vladimir Putinə etimad səviyyəsi artıb.

Army.az xəbər verir ki, bu barədə “İctimai Rəy” Fondunun (FOM) rəsmi saytında dərc olunan yenilənmiş reytinqdə bildirilib.

Sorğunun nəticələrinə əsasən, Rusiya vətəndaşlarının 73 faizi Prezident Vladimir Putinə etibar edir. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 1 faiz bəndi artıb.

Respondentlərin 17 faizi Putinə etibar etmədiyini bildirib, 10 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.

banner

Rəyi soruşulanların 75 faizi Putinin prezidentlik fəaliyyətini müsbət qiymətləndirib. Bu göstərici əvvəlki sorğu ilə müqayisədə dəyişməyib. Respondentlərin 12 faizi onun fəaliyyətini mənfi dəyərləndirib, 13 faizi isə cavab verməkdən yayınıb.

FOM-un məlumatına görə, sorğu noyabrın 6-dan 8-dək Rusiyanın 51 regionunda, 97 yaşayış məntəqəsində keçirilib. Araşdırmada yaşı 18-dən yuxarı olan 1 500 nəfər iştirak edib. Statistik xəta 3,6 faizdən çox deyil.

Əlaqəli Yazılar Xüsusi