Ev Dünya“İnsanları ələ salmıram” – Tramp

“İnsanları ələ salmıram” – Tramp

by Baş Redaktor
81 Baxış

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini diktator adlandırmadığını bildirib. O, bunu müxtəlif şəxslərlə danışıqlar aparmaq və razılaşmalar əldə etmək məcburiyyətində olması ilə izah edib.

Army.az xəbər verir ki, bu barədə Ukraynanın RBC-Ukrayna nəşri məlumat yayıb.

“Mən razılaşmalar əldə etməkdə ustayam və həmişə bu işdə bacarıqlı olmuşam. Məhz razılaşmalar sayəsində çox varlandım. Buna görə də insanları ələ salıb lağa qoymuram”, – Tramp deyib.

ABŞ liderinin sözlərinə görə, Ukraynada müharibənin başlamasının səbəblərindən biri də keçmiş prezident Co Baydenin Rusiyanı daim ələ salması olub.

banner

Əlaqəli Yazılar Xüsusi