Ev DünyaYaşar Gülər: Sülh regionun sabitliyini daha da gücləndirəcək

Yaşar Gülər: Sülh regionun sabitliyini daha da gücləndirəcək

by Baş Redaktor
25 Baxış

Türkiyə Azərbaycan və Ermənistan arasında hərtərəfli və davamlı sülhün mümkün qədər qısa müddətdə təmin olunacağına ümid edir.

Army.az xəbər verir ki , bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər məlumat verib.

O bildirib ki, Ankara regionda sabitliyin möhkəmlənməsinə xidmət edən və bütün tərəflərin sülh və rifahına töhfə verəcək şəkildə prosesin yekunlaşmasını dəstəkləyir.

“Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında mümkün qədər tez hərtərəfli və davamlı sülh bərqərar olacaq”, – deyə Gülər qeyd edib.

banner

Nazirin sözlərinə görə, Türkiyə sülh prosesinin regional sabitliyi gücləndirəcək şəkildə başa çatdırılması istiqamətində göstərilən səylərin tərəfdarıdır.

Əlaqəli Yazılar Xüsusi