“27 sentyabrla bağlı xüsusi müraciət etmədik. Çünki 44 günlük müharibə ilə bağlı deyəcək yeni bir söz yoxdur”.
Army.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O əlavə edib ki, Vətən uğrunda həlak olanların xatirəsi üçün ayrıca anım günü müəyyən edilib və həmin gün bu mövzuya toxunulur:
“44 günlük müharibə ilə bağlı müraciət ediləcəksə, artıq avqustun 8-də formalaşmış siyasi məntiqdən irəli gələn sözlərdən istifadə edilməlidir. Bundan sonra isə böyük müzakirə başlayacaq ki, niyə mətndə “Artsax” yazılmayıb, “aqressiya” yazılmayıb, “soyqırımı” yazılmayıb”.
