Ev DünyaVaşinqton razılıq verdi : “Müharibə bitmədən başlayacağıq”

Vaşinqton razılıq verdi : “Müharibə bitmədən başlayacağıq”

by Baş Redaktor
16 Baxış

ABŞ administrasiyası Ukraynada müharibə davam etdiyi bir vaxtda Rusiya ilə müəyyən biznes razılaşmalarının əldə olunması imkanını müzakirə edir.

Army.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilib ki, bu yanaşma Vaşinqtonun Moskva ilə danışıqlar prosesində yeni strategiyasının tərkib hissəsi hesab olunur.

ABŞ mümkün iqtisadi razılaşmaları Rusiya ilə münasibətlərin yenidən qurulmasına dair niyyətlərinin göstəricisi kimi qiymətləndirir. ABŞ rəsmilərindən birinin sözlərinə görə, belə addımlar Vaşinqtonun Moskva ilə əlaqələrin normallaşdırılmasına ciddi yanaşdığını nümayiş etdirə bilər.

banner

Danışıqlardan məlumatlı iki mənbə də ABŞ-ın Ukraynadakı müharibənin yekunlaşmasını gözləmədən Rusiya ilə müəyyən sahələr üzrə razılaşmalar əldə edə biləcəyini qeyd edib.

Əlaqəli Yazılar Xüsusi