Ev DünyaErmənistan iqtisadiyyatı təzyiq altında: yeni proqnozlar yayıldı

Ermənistan iqtisadiyyatı təzyiq altında: yeni proqnozlar yayıldı

by Baş Redaktor
15 Baxış

Ermənistan iqtisadiyyatının hazırkı vəziyyəti ilə bağlı narahatlıqlar artır.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Dərc olunan analitik yazılarda ölkənin əvvəlki dövrlərdə də ciddi iqtisadi çətinliklərlə üzləşdiyi, lakin hazırda vəziyyətin daha da ağırlaşdığı qeyd olunur.

Məlumata görə, Rusiya bazarının itirilməsi halında Ermənistan məhsullarının, xüsusilə də kənd təsərrüfatı məhsullarının Avropa bazarında asanlıqla satışa çıxarılacağı ilə bağlı səsləndirilən fikirlər real hesab edilmir.

banner

Yazıda vurğulanır ki, Avropa bazarlarında ciddi rəqabət mövcuddur və həmin bazarlar öz daxili istehsal və satış problemlərini belə tam həll edə bilmədiyi halda, Ermənistan məhsullarının geniş şəkildə qəbul olunması çətin görünür.

Müəllifin fikrincə, bu səbəbdən Ermənistan iqtisadiyyatı üçün alternativ bazarlarla bağlı optimist proqnozlar əsaslı deyil və ölkəni yaxın dövrdə daha çətin iqtisadi proseslər gözləyə bilər.

Əlaqəli Yazılar Xüsusi