İsrailin Baş naziri Binyamin Netanyahu Böyük Britaniya ilə bağlı diqqətçəkən ifadə işlədib.
Army.az xəbər verir ki, Netanyahu çıxışı zamanı Britaniyanı istehzalı şəkildə “İslam Respublikası Britaniya” adlandırıb.
Onun sözləri İranın nüvə proqramı ilə bağlı müzakirə fonunda səslənib.
İsrail hökumətinin başçısı bildirib ki, kiminsə Böyük Britaniyanı nüvə silahına malik ilk “İslam Respublikası” kimi təsvir etdiyini eşidib.
Netanyahu daha sonra İranı nəzərdə tutaraq, belə bir ölkənin nüvə silahına sahib olmasına imkan verməyəcəklərini deyib.
