Ev DünyaKreml ABŞ ilə iqtisadi əlaqələrin bərpasını təxirə salmamağa çağırıb

Kreml ABŞ ilə iqtisadi əlaqələrin bərpasını təxirə salmamağa çağırıb

by Baş Redaktor
40 Baxış

Rusiya ABŞ ilə iqtisadi münasibətlərin bərpasının Ukrayna münaqişəsinin nizamlanmasından sonraya saxlanılmamasını təklif edib.

Army.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, Moskva Vaşinqtonla iqtisadi əlaqələrin artıq indidən yenidən qurulmasının mümkün olduğunu düşünür:

“ABŞ Rusiya ilə iqtisadi əməkdaşlığın bərpasını hələ də Ukrayna üzrə razılaşmanın əldə olunması ilə əlaqələndirir. Vaşinqtonun mövqeyinə əsasən, əvvəlcə münaqişənin nizamlanması, daha sonra isə iqtisadi layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

banner

Kremlin nümayəndəsi Moskvanın isə bu ardıcıllığın dəyişdirilə biləcəyini düşündüyünü vurğulayıb:

“tərəflər iqtisadi əməkdaşlığa qarşılıqlı maraqlar əsasında daha tez başlaya bilərlər. Rusiya və ABŞ arasında iqtisadi əlaqələrin bərpası üçün Ukrayna məsələsində yekun razılaşmanı gözləmək zəruri deyil”.

Əlaqəli Yazılar Xüsusi