Ev Hərbi təhsilÜç ölkənin müdafiə nazirləri Xocavənddə hərbi texnikaların sərgisinə baxış keçirdilər – Foto

Üç ölkənin müdafiə nazirləri Xocavənddə hərbi texnikaların sərgisinə baxış keçirdilər – Foto

by Baş Redaktor
69 Baxış

“Birliyin Gücü-2026” birgə hərbi təlimi çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov hərbi texnikaların nümayiş etdirildiyi sərgiyə baxış keçiriblər.

Army.az Oxu.Az-a istinadən xəbər verir ki, sərgi Xocavənd rayonunun “Qızılqaya” Təlim Mərkəzində baş tutub.

Eyni zamanda, təlimdə İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində iştirak edir.

Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən “Qarabağlar” Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunur.

banner

Əlaqəli Yazılar Xüsusi