Ev DünyaVuçiç yenidən namizəd oldu – seçki tarixi açıqlandı

Vuçiç yenidən namizəd oldu – seçki tarixi açıqlandı

by Baş Redaktor
21 Baxış

Serbiyada keçiriləcək növbədənkənar parlament seçkilərində hakim partiyanın baş nazir postuna namizədi müəyyənləşib.

Army.az xəbər verir ki, “Proqressiv Serbiya” Partiyasının (SPP) sədri Miloş Vuçeviç Aleksandar Vuçiçin seçkilərdə partiyanın siyahısına rəhbərlik edəcəyini və baş nazirliyə namizəd göstəriləcəyini açıqlayıb.

Onun sözlərinə görə, partiyanın İdarə Heyətinin toplantısında seçkilərə “Aleksandar Vuçiç – Birləşmiş Serbiya” siyahısı ilə qatılmaq barədə yekdil qərar qəbul edilib.

“Bu siyahıya Aleksandar Vuçiç rəhbərlik edəcək və o, baş nazir postuna namizədimiz olacaq”, – deyə Vuçeviç X sosial şəbəkəsində bildirib.

banner

Serbiyada növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi planlaşdırılır.

Əlaqəli Yazılar Xüsusi