Ev DünyaUkraynadan sonra masa dəyişdi: Putin ABŞ nümayəndələri ilə nə danışdı?

Ukraynadan sonra masa dəyişdi: Putin ABŞ nümayəndələri ilə nə danışdı?

by Baş Redaktor
8 Baxış

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşündə Ukrayna məsələsi ilə yanaşı, iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarını da müzakirə edib.

Army.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, danışıqların gündəliyi yalnız Ukrayna münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi ilə məhdudlaşmayıb.

Uşakov bildirib ki, tərəflər Rusiya ilə ABŞ arasında həyata keçirilə biləcək iri və qarşılıqlı faydalı iqtisadi layihələri də ətraflı müzakirə ediblər.

banner

O qeyd edib ki, görüş zamanı iqtisadi məsələlərə ayrıca diqqət yetirilib və mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Əlaqəli Yazılar Xüsusi