Ev DünyaTrampın reytinqi rekord həddə gerilədi

Trampın reytinqi rekord həddə gerilədi

by Baş Redaktor
18 Baxış

ABŞ Prezidenti Donald Trampa ictimai dəstək son sorğunun nəticələrinə görə yeni minimuma enib.

Army.az xəbər verir ki, “Focaldata”nın keçirdiyi araşdırmada respondentlərin yalnız 33 faizi onun fəaliyyətini müsbət qiymətləndirib.

Sorğunun nəticələri amerikalıların xüsusilə iqtisadi və ticarət siyasətindən narazılığının artdığını göstərir. İştirakçıların əksəriyyəti Vaşinqtonun tətbiq etdiyi gömrük rüsumlarının gündəlik yaşayış xərclərinə təsir etdiyini düşünür.

Respondentlərin təxminən üçdə ikisi ABŞ iqtisadiyyatının hazırda yanlış istiqamətdə getdiyini bildirib. Bundan başqa, sorğuda iştirak edənlərin 57 faizi administrasiyanın həyata keçirdiyi siyasətin onların maliyyə vəziyyətinə mənfi təsir göstərdiyini qeyd edib.

banner

Kanadaya qarşı tətbiq olunan son ticarət rüsumları da seçicilərin əksəriyyətinin narazılığına səbəb olub. Respondentlərin 56 faizi bu qərarı dəstəkləmədiyini bildirib.

Qeyd edək ki, Trampa dəstək səviyyəsi ötən ay 35 faiz təşkil edirdi. Respublikaçı seçicilər arasında da azalma qeydə alınıb və bu qrupda prezidentə dəstək 72 faizə düşüb.

Əlaqəli Yazılar Xüsusi