Kanada Ukraynaya silah və sursat tədarükü üçün əlavə 31,5 milyon ABŞ dolları ayırıb.
Army.az xəbər verir ki, bu barədə Kanada hökumətinin rəsmi saytında yayımlanan bəyanatda bildirilib.
Məlumata görə, 45 milyon Kanada dolları (31,5 milyon ABŞ dolları) Çexiyanın Ukrayna Silahlı Qüvvələrini döyüş sursatı ilə təmin etmək təşəbbüsünə yönəldiləcək.
Bundan əlavə, Kanada Ukraynaya yerli istehsal olan 1,6 milyon patron göndərəcək.
Həmçinin MX-15D hədəfləmə sistemlərinin alınması üçün 80 milyon Kanada dolları (55,9 milyon ABŞ dolları) ayrılacaq.
