Ev DünyaVaşinqtondan Vatikana gizli missiya: Konqresmenlər süni intellekti müzakirə etdi

Vaşinqtondan Vatikana gizli missiya: Konqresmenlər süni intellekti müzakirə etdi

by Baş Redaktor
57 Baxış

ABŞ Konqresinin Nümayəndələr Palatasından iki partiyanı təmsil edən 9 konqresmen Vatikana əvvəlcədən açıqlanmayan səfər edib. Görüşlərin əsas mövzularından biri sürətlə inkişaf edən süni intellekt texnologiyaları olub.

Army.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin səfəri Nümayəndələr Palatasının ABŞ və Çin arasında strateji rəqabət üzrə xüsusi komitəsinin dəstəyi ilə təşkil olunub.

Danışıqlara qısa müddət ərzində Roma Papası XIV Leo da qoşulub. Tərəflər süni intellektin gələcək inkişafının doğura biləcəyi iqtisadi və geosiyasi riskləri, eləcə də texnologiyanın insanlıq üçün mümkün etik nəticələrini müzakirə ediblər.

banner

Görüş zamanı din azadlığı məsələsi də gündəmə gətirilib. Tərəflər süni intellektin yalnız texnoloji imkanlarını deyil, onun cəmiyyət və insan həyatına təsirlərini də nəzərdən keçiriblər.

Əlaqəli Yazılar Xüsusi