Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İstəklilər koalisiyası”nı müharibənin davam etdirilməsini dəstəkləyən ölkələrin birliyi kimi qiymətləndirib.
Army.az xəbər verir ki, Peskov bu fikirləri jurnalistlərə verdiyi açıqlama zamanı səsləndirib.
Onun sözlərinə görə, sözügedən koalisiyaya daxil olan dövlətlər sülhün əldə olunmasında maraqlı deyil və münaqişənin davam etməsini dəstəkləyirlər.
Kremlin sözçüsü bildirib ki, bu səbəbdən həmin birliyi “müharibəni qızışdıran ölkələrin koalisiyası” hesab etdiklərini vurğulayıb.
