ABŞ Prezidenti Donald Tramp bildirib ki, iyulun 12-də İran ətrafındakı vəziyyətlə bağlı keçirilən görüş zamanı tərəflər müəyyən razılaşmalar əldə etsələr də, sonradan Tehran razılaşdırılmış şərtlərə dəyişiklik edilməsini istəyib.
Army.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, görüşün sonunda bütün əsas məsələlər üzrə razılıq əldə olunub. Lakin İran nümayəndələri daha sonra yenidən əlaqə saxlayaraq bəzi müddəalara düzəliş edilməsini xahiş ediblər.
ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton bu tələbləri qəbul etməyib və razılaşdırılmış şərtlərin dəyişdirilməsinə razılıq verməyəcəyini İran tərəfinə çatdırıb.
