Ev Dünya“The Atlantic”: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışır

“The Atlantic”: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışır

by Baş Redaktor
156 Baxış

ABŞ Prezidenti Donald Trampın son üç gün ərzində atdığı addımlar Ukraynanı təslim olmağa sövq etmək cəhdi kimi qiymətləndirilib.

Army.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Nəşrin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmaqdan imtina etməsi Trampın narazılığına səbəb olub. Bildirilir ki, Ağ Ev rəhbəri hətta Kiyevlə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaq ehtimalını da gündəmə gətirib.

Məqalədə adı açıqlanmayan mənbəyə istinadən qeyd edilir ki, Tramp Zelenskidən Rusiya ərazisindəki neft emalı müəssisələrinə zərbələrin dayandırılmasını tələb edir.

banner

“The Atlantic” hesab edir ki, Vaşinqtonun bu mövqeyi Ukraynanı Moskva üzərində təzyiq imkanlarından birindən məhrum edə bilər. Nəşrin qənaətinə görə, ABŞ eyni zamanda Rusiyadan buna cavab olaraq hər hansı güzəşt tələb etmir.

Məqalə müəllifləri Tramp administrasiyasının bu yanaşmasının mümkün səbəbləri sırasında onun ətrafındakı şəxslərin biznes maraqlarını da qeyd edirlər.

Əlaqəli Yazılar Xüsusi