Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Noyabrın 19-da baş tutan görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın inkişaf etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Danışıqlar zamanı ticarət-iqtisadi əlaqələr, investisiyalar, sənaye, kənd təsərrüfatı, tikinti, informasiya texnologiyaları, turizm, nəqliyyat və energetika sahələrində birgə fəaliyyətin artırılması perspektivləri nəzərdən keçirilib.
Görüşdə son illərdə Özbəkistan-Türkiyə münasibətlərinin sürətlə inkişaf etməsi, qarşılıqlı ticarət dövriyyəsinin və birgə müəssisələrin sayının artması məmnunluqla vurğulanıb
