Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Rusiyaya səfər edərək Prezident Vladimir Putinlə görüşəcək.
Army.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Baş nazir qeyd edib ki, Moskva səfəri və Rusiya Prezidenti ilə danışıqların keçirilməsi barədə əvvəlcədən razılıq əldə olunub.
Paşinyan dekabr ayında Rusiyaya daha iki səfərinin də nəzərdə tutulduğunu açıqlayıb. Belə ki, o, dekabrın 11-12-də Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Bundan əlavə, Ermənistan hökumətinin başçısı ayın sonunda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin görüşlərinə qatılmaq üçün yenidən Rusiyaya gedəcək.
