Ev DünyaKİV: Paşinyan Simonyanın istəyini qəbul etməyib

KİV: Paşinyan Simonyanın istəyini qəbul etməyib

by Baş Redaktor
34 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın hökumət iqamətgahında yenidən məskunlaşmasına razılıq verməyib.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli.am” nəşri məlumat yayıb.

Nəşrin yazdığına əsasən, Simonyan parlament sədri postundan getdikdən sonra hökumət iqamətgahını tərk edib. Daha sonra Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunarkən əvvəlki iqamətgahına qayıtmaq imkanının yaranacağını düşünüb.

Lakin nəşrin iddiasına görə, Simonyan məsələ ilə bağlı bir neçə dəfə Nikol Paşinyana müraciət etsə də, Ermənistanın Baş naziri onun istəyini qəbul etməyib.

banner

Əlaqəli Yazılar Xüsusi