Ev Hərbi XəbərlərZelenskidən Trampa ultimatum xarakterli mesaj: Yeni hərbi yardım istəyəcək

Zelenskidən Trampa ultimatum xarakterli mesaj: Yeni hərbi yardım istəyəcək

by Baş Redaktor
36 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilin sonunadək sülh razılaşmasına nail ola bilməyəcəyi təqdirdə, Vaşinqtondan yeni və genişmiqyaslı hərbi yardım paketi tələb edəcəyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Zelenski bildirib ki, hazırkı danışıqlar Kiyevin qəbul edə biləcəyi razılaşma ilə nəticələnməsə, ABŞ Konqresindən əlavə hərbi dəstək istəyəcək. O, eyni zamanda Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, aralıq seçkilərində respublikaçıların məğlubiyyətindən sonra demokratlar Konqresin hər iki palatasında çoxluğu əldə ediblər. Yeni tərkib yanvar ayında fəaliyyətə başlayacaq.

banner

“Biz də sülhün əldə olunmasını çox istəyirik, lakin bu, yalnız Ukraynanın hesabına baş verməməlidir”, – deyə Ukrayna lideri vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi