Ev GündəmRoma Papası Fransiskin gizli gündəliyi ictimaiyyətə açıldı

Roma Papası Fransiskin gizli gündəliyi ictimaiyyətə açıldı

by Baş Redaktor
50 Baxış

Vatikan mərhum Roma Papası Fransiskin şəxsi gündəliyində yer alan qeydləri ilk dəfə ictimaiyyətə açıqlayıb. “Papa Fransiskin şəxsi gündəliyi” adlanan kitab beş dildə işıq üzü görüb və 94 ölkədə oxuculara təqdim olunacaq.

Army.az xəbər verir ki, nəşrin hazırlanmasına İnanc Doktrinası Dikasteriyasının prefekti Viktor Manuel Fernandes rəhbərlik edib.

Fernandesin sözlərinə görə, şəxsi qeydlərin yayımlanması Fransiskin öz arzusu olub. Bu təşəbbüs hazırkı Roma Papası XIV Leo tərəfindən də təsdiqlənib.

1992–2024-cü illəri əhatə edən gündəlikdə mərhum pontifik həyatının müxtəlif mərhələlərində yaşadığı daxili sarsıntılardan, qorxu və tərəddüdlərindən, mənəvi böhranlarından, hakimiyyətin gətirdiyi sınaqlardan, eləcə də yaşlanmağın yaratdığı çətinliklərdən bəhs edib.

banner

Əlaqəli Yazılar Xüsusi