Ev GündəmÇin Pakistan nümayəndəsinin iştirakı ilə pilotlu kosmik missiya həyata keçirəcək

Çin Pakistan nümayəndəsinin iştirakı ilə pilotlu kosmik missiya həyata keçirəcək

by Baş Redaktor
38 Baxış

Çin noyabrın 25-də göyərtəsində üç nəfərin olacağı “Şençjou-24” pilotlu kosmik missiyasını həyata keçirməyə hazırlaşır. Kosmik uçuşda iki Çin vətəndaşı ilə yanaşı, Pakistan təmsilçisi də yer alacaq.

Army.az xəbər verir ki, bu barədə Çinin Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsinin rəsmi nümayəndəsi Çjan Tszinbo keçirdiyi mətbuat konfransında açıqlama verib.

Rəsmi nümayəndənin bildirdiyinə əsasən, kosmik aparatın startı noyabrın 25-də Pekin vaxtı ilə saat 08:18-ə planlaşdırılıb. Bu, Bakı vaxtı ilə saat 04:18-ə təsadüf edir.

Üç astronavtdan ibarət heyət Çinin şimalında yerləşən Tszyutsyuan kosmodromundan yola düşərək ölkənin orbital kosmik stansiyasına çatdırılacaq.

banner

Əlaqəli Yazılar Xüsusi