Ermənistan müxalifətində təmsil olunan “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyan siyasi bəyanatla çıxış edib.
Army.az xəbər verir ki, Karapetyan yaydığı müraciətdə ölkənin hakimiyyət orqanlarını xarici qüvvələrin təsiri altında yeni Konstitusiya layihəsini qəbul etdirməyə cəhd göstərməkdə günahlandırıb.
Partiya lideri təmsil etdiyi komandanın mövqeyini açıqlayaraq parlamentdəki müxalifət nümayəndələrinin Konstitusiyanın yeni layihəsinin lehinə səs verməyəcəyini bildirib.
Qeyd edək ki, Samvel Karapetyan noyabrın 4-də saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində bir aylıq həbs qətimkan tədbiri tətbiq olunub.
Bundan əvvəl Ermənistan İstintaq Komitəsi Karapetyan və onunla əlaqəli şəxslərin fəaliyyəti nəticəsində “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə 64,5 milyard dram, yəni təxminən 177 milyon dollar həcmində maddi zərər vurulduğunu açıqlayıb.
