Ev DünyaPutin Səddam Haftarı Kremldə qəbul edib

Putin Səddam Haftarı Kremldə qəbul edib

by Baş Redaktor
154 Baxış

Rusiya Prezidenti Vladimir Putin Kremldə Liviya Milli Ordusunun komandan müavini Səddam Haftarı qəbul edib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Liviya Milli Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, görüş Səddam Haftarın Rusiyaya rəsmi səfəri çərçivəsində keçirilib.

Haftar görüş zamanı Liviya Milli Ordusunun komandanı Xəlifə Haftardan Putinə və Rusiya xalqına salam çatdırıb.

banner

Qeyd edək ki, Kremlin mətbuat xidməti Səddam Haftarla keçirilən görüş barədə hələlik rəsmi məlumat yaymayıb.

Əlaqəli Yazılar Xüsusi