Ev GündəmMark Zukerberq İrlandiyada tarixi qala alıb

Mark Zukerberq İrlandiyada tarixi qala alıb

by Baş Redaktor
55 Baxış

“Meta” şirkətinin baş direktoru Mark Zukerberq və həyat yoldaşı Prissilla Çan İrlandiyada tarixi Strankalli qalasını və ona bitişik 178 hektarlıq ərazini satın alıblar.

Army.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, sözügedən mülk İrlandiyanın Uoterford qraflığında yerləşir. Qotik memarlıq üslubunda inşa edilmiş tarixi malikanə geniş torpaq sahəsi ilə birlikdə Zukerberq ailəsinin mülkiyyətinə keçib.

Məlumata əsasən, cütlük qaladan İrlandiyaya səfərləri zamanı şəxsi iqamətgah kimi istifadə etməyi planlaşdırır.

banner

Əlaqəli Yazılar Xüsusi