Ev DünyaBu ölkədə edam cəzası ləğv edilir

Bu ölkədə edam cəzası ləğv edilir

by Baş Redaktor
145 Baxış

Vyetnam hökuməti Cinayət Məcəlləsinə yeni dəyişikliklər təklif edib. Layihəni ölkənin ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq parlamentə təqdim edib.

Army.az xəbər verir ki, təklif qəbul olunarsa, hazırda ölüm cəzasının tətbiq edilə bildiyi 10 cinayət kateqoriyasından 6-sı üzrə bu cəza aradan qaldırılacaq.

Söhbət qiyam, 16 yaşadək şəxslərin zorlanması, narkotiklərin qanunsuz dövriyyəsi, insanlıq əleyhinə və hərbi cinayətlər, həmçinin hakimiyyətə qarşı ekstremist fəaliyyət kimi əməllərdən gedir.

Bununla belə, dövlətə xəyanət, qətl, terrorizm və narkotik vasitələrin qanunsuz istehsalı ilə bağlı ölüm hökmünün saxlanılması təklif olunur.

banner

Yeni Cinayət Məcəlləsinin oktyabr ayında parlamentin növbəti sessiyasında qəbul ediləcəyi, dəyişikliklərin isə 2027-ci il martın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, Vyetnam parlamenti 2025-ci ilin mayında da 8 cinayət üzrə ölüm hökmünü ləğv edərək onları ömürlük həbs cəzası ilə əvəz etmişdi.

Əlaqəli Yazılar Xüsusi