ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş razılaşmanın yeni mərhələyə keçdiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə “İz.ru” məlumat yayıb.
Onun sözlərinə görə, proses artıq ikinci fazaya daxil olub və bu mərhələnin əvvəlki danışıqlarla müqayisədə daha asan keçəcəyinə inanır.
Tramp bildirib ki, Vaşinqton və Tehran arasında formalaşdırılan sazişin uğurla nəticələnəcəyinə ümid edir və onu “yaxşı və ədalətli razılaşma” kimi qiymətləndirir.
ABŞ lideri qeyd edib ki, razılaşmanın əsas şərtlərindən biri İranın nüvə silahına sahib olmaq cəhdlərindən tamamilə imtina etməsidir.
O vurğulayıb ki, əgər Tehran gələcəkdə nüvə silahı əldə etməyə çalışarsa, bunun “ağlasığmaz nəticələri” olacaq və ABŞ buna sərt reaksiya verəcək.
