Ev DünyaYuxarı Lars üzrə yeni ssenari: Rusiya Ermənistan istiqamətində yük axınını dəyişir

Yuxarı Lars üzrə yeni ssenari: Rusiya Ermənistan istiqamətində yük axınını dəyişir

by Baş Redaktor
13 Baxış

Rusiya ilə Ermənistan arasında avtomobil yolu ilə həyata keçirilən yük daşımalarının gələcəkdə məhdudlaşdırıla biləcəyi barədə məlumat yayılıb.

Army.az xəbər verir ki, bu barədə Gürcüstanın Avrasiya Nəqliyyat Dəhlizinin İnvestisiya Mərkəzinin (TRRC) hesabatında qeyd olunur.

Bildirilib ki, Krasnodar vilayətindən Yuxarı Lars sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistana yük daşımaları dayandırıla bilər.

Məlumata görə, bu ehtimal Ermənistanın dəmir yolu ilə taxıl idxalının sabitləşdiyi bir dövrə təsadüf edir. Gürcüstanlı ekspertlər hesab edirlər ki, Moskva bəzi yük axınlarının avtomobil yollarından dəmir yoluna keçirilməsində maraqlı ola bilər.

banner

Əlaqəli Yazılar Xüsusi