Ev DünyaTramp: İnsanlar məni buna görə sevir

Tramp: İnsanlar məni buna görə sevir

by Baş Redaktor
14 Baxış

ABŞ Prezidenti Donald Tramp Miçiqanda çıxışı zamanı amerikalılar üçün valideynlərindən daha çox iş gördüyünü iddia edib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

O bildirib ki, insanların onu sevməsinin əsas səbəbi ölkə və vətəndaşlar üçün həyata keçirdiyi siyasətdir.

“İnsanlar Trampı sevir, çünki mən sizin üçün valideynlərinizdən daha çox iş görmüşəm. Valideynləriniz yaxşı insanlardır, mən onları tənqid etmək istəmirəm. Amma sizin üçün onlardan daha faydalı olmuşam. Bunu sizə deyə bilərəm və onlar da mənimlə razılaşacaqlar. Harada olurlarsa olsunlar, razılaşacaqlar”, – deyə Tramp bildirib.

banner

ABŞ prezidenti çıxışında iki il yarımdan sonra ölkənin başqa prezidentə sahib ola biləcəyini də xatırladaraq, bunun onu bir qədər məyus etdiyini söyləyib.

Əlaqəli Yazılar Xüsusi