Ev DünyaZelenski müdafiə naziri postuna mümkün namizədin adını açıqladı

Zelenski müdafiə naziri postuna mümkün namizədin adını açıqladı

by Baş Redaktor
9 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, İqor Klimenko ölkənin müdafiə naziri vəzifəsinə namizəd kimi nəzərdən keçirilən şəxslərdən biridir.

Army.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyi dövlət başçısının açıqlamasına istinadən məlumat yayıb.

Zelenskinin sözlərinə görə, müdafiə və xarici işlər nazirləri ilə bağlı namizədlər üzrə sənədlər hələ parlamentə təqdim edilməyib.

“Düzdür, İqor Klimenko mümkün namizədlər arasındadır. Lakin bu vəzifə ilə bağlı qərar rəsmiləşdirilməyib və müvafiq sənədlər hələ Ali Radaya göndərilməyib. Bildiyiniz kimi, müdafiə və xarici işlər nazirlərinin təyinatı ayrıca parlament səsverməsi ilə həyata keçirilir”, – deyə Zelenski qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi