Ev DünyaKreml İrəvanın kursundan narazıdır: Güzəştlər ləğv oluna bilər

Kreml İrəvanın kursundan narazıdır: Güzəştlər ləğv oluna bilər

by Baş Redaktor
29 Baxış

Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərindən uzaqlaşacağı təqdirdə, Moskva da İrəvana təqdim etdiyi xüsusi güzəştlərə yenidən baxa bilər.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin son illərdə Rusiyanı açıq şəkildə müttəfiq adlandırmaması diqqətdən kənarda qalmayıb. Zaxarova qeyd edib ki, əgər İrəvan həqiqətən də müttəfiqlik modelindən imtina edirsə, bu halda həmin münasibətlərdən irəli gələn üstünlüklərin saxlanılması məntiqli olmaz.

“Bu məsələ ilə bağlı mövqeyimizi gizlətmirik. Əgər Ermənistan hakimiyyəti müttəfiqlik əlaqələrini davam etdirmək istəmirsə, biz də bu statusun verdiyi güzəştlərə yenidən baxmalı olacağıq. Bu, qarşılıqlı münasibətlər baxımından ədalətli yanaşma olar”, – deyə diplomat vurğulayıb.

banner

Zaxarova həmçinin Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətinə də toxunub. O bildirib ki, İrəvan öz gələcək xarici-iqtisadi kursunu dəqiq müəyyənləşdirməlidir və Avropaya inteqrasiya planlarını Avrasiya İqtisadi İttifaqının digər üzvlərinin hesabına həyata keçirə bilməz.

Əlaqəli Yazılar Xüsusi