22
Belarus parlamenti Şimali Koreya ilə “Dostluq və Əməkdaşlıq haqqında” Müqaviləni ratifikasiya edib.
Army.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Qeyd edilib ki, sənəd iki ölkə arasında siyasi, iqtisadi-ticari, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur.
Müqavilə 10 il müddətinə bağlanıb. Sənədin qüvvədə olma müddətinin hər dəfə beş il olmaqla uzadılması da nəzərdə tutulur.
