Ev Dünya“Zelenski Kiyevi tərk etdi” – Sensasion iddia

“Zelenski Kiyevi tərk etdi” – Sensasion iddia

by Baş Redaktor
24 Baxış

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın Xarici İşlər Nazirliyinin qərarvermə mərkəzlərinə mümkün cavab zərbələri ilə bağlı xəbərdarlıqlarını ciddi qəbul edib və Kiyevi tərk edib”.

Army.az xəbər verir ki, bunu britaniyalı hərbi analitik Aleksandr Merkuris deyib.

“Rusiyanın xəbərdarlıqlarına qulaq asan biri var idi — bu da Volodimir Zelenskidir”, — deyə ekspert bildirib.

Analitikin fikrincə, Zelenski təhlükə yaranan zaman paytaxtı artıq bir neçə dəfə tərk edib və bu davranış modeli onun üçün adi hala çevrilib. O hesab edir ki, bundan bütün Ukrayna əhalisi zərər görür.

banner

“Ukraynalılar çətin vəziyyətdə qalıblar və bəzi məqamlarda, xüsusilə Zelenski hakimiyyətdə qaldığı müddətdə, onlar vəziyyəti dəyişmək üçün çox az şey edə bilərlər”, — deyə o əlavə edib.

Əlaqəli Yazılar Xüsusi