Almaniya kansleri Fridrix Merz Rusiyanın ölkədə sabitliyi pozmağa yönəlmiş addımlar atdığını və Berlinin bu cür cəhdlərlə hər gün qarşılaşdığını bildirib.
Army.az xəbər verir ki, bu barədə kanslerin açıqlamasına istinadən məlumat yayılıb.
Merz Avropanın şərqində yaranmış təhlükəsizlik vəziyyətinə diqqət çəkərək qitənin ciddi təhdidlərlə üz-üzə olduğunu vurğulayıb.
“Rusiyanın Almaniyada sabitliyi pozmağa necə çalışdığını hər gün müşahidə edirik. Avropanın tariximizin ən qaranlıq dövrlərinə geri dönməsini istəmirəm”, – deyə Almaniya kansleri bildirib.
