Ev DünyaZaxarova: “Moldova ilə münasibətlərin pozulmasına yönələn addımlara cavab veriləcək”

Zaxarova: “Moldova ilə münasibətlərin pozulmasına yönələn addımlara cavab veriləcək”

by Baş Redaktor
21 Baxış

Rusiya Moldovanın Kişinyovdakı səfirliyin əməkdaşlarından birini ölkədən çıxarmaq qərarına cavab verəcəyini bəyan edib.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

Zaxarovanın sözlərinə görə, Kişinyovun bu addımı iki ölkə arasındakı münasibətlərin daha da pisləşməsinə səbəb ola bilər. O, Moldovanın Rusiyaya qarşı yönəlmiş hesab etdiyi hərəkətlərinin cavabsız qalmayacağını bildirib.

Xatırladaq ki, Moldova hakimiyyəti daha əvvəl Rusiyanın Kişinyovdakı səfirliyinin bir əməkdaşının ölkədən çıxarılacağını açıqlamışdı. Qərarın səbəbi kimi Moldova ərazisində Rusiyaya məxsus pilotsuz uçuş aparatının vurulması göstərilmişdi.

banner

Əlaqəli Yazılar Xüsusi