Ev DünyaKim Çen In Çinə səfər edib

Kim Çen In Çinə səfər edib

by Baş Redaktor
14 Baxış

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Çinin Dandun şəhərinə səfər edib.

Army.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən, Şimali Koreya lideri Çin ərazisinə iki ölkəni birləşdirən Yalu çayı üzərində inşa edilmiş yeni körpüdən keçərək gəlib. Səfərin məqsədi və proqramı barədə hələlik əlavə məlumat verilməyib.

Bu, Kim Çen Inın 2025-ci ilin sentyabrında Pekində keçirilən və Çin xalqının Yaponiyanın işğalına qarşı müqavimət müharibəsində qələbəsinin 80-ci ildönümünə həsr olunan hərbi paradda iştirakından sonra Çinə ilk səfəridir. Həmin tədbir çərçivəsində KXDR lideri Çin Xalq Respublikasının Sədri Si Cinpinlə də görüşmüşdü.

banner

Əlaqəli Yazılar Xüsusi