Ev Dünyaİspaniyada seçkiqabağı mübarizə: Süni intellekt videoları qalmaqala səbəb olub

İspaniyada seçkiqabağı mübarizə: Süni intellekt videoları qalmaqala səbəb olub

by Baş Redaktor
16 Baxış

İspaniyanın müxalif Xalq Partiyasının (PP) baş nazir Pedro Sançes və onun rəhbərlik etdiyi Sosialist Partiyasının üzvlərini hədəf alan süni intellektlə hazırlanmış videoları yayması ölkədə siyasi mübahisələrə yol açıb.

Army.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, videolarda siyasətçilər qanunsuz ödənişlər almaq və müxtəlif qanun pozuntularına yol verməklə bağlı etiraflar edirmiş kimi təqdim olunurlar. Noyabrın 29-na planlaşdırılan parlament seçkiləri ərəfəsində yayılan materiallar siyasi kampaniyalarda süni intellekt texnologiyalarından istifadə məsələsini yenidən gündəmə gətirib.

Videoların bir hissəsində İspaniyanın baş nazirinin həyat yoldaşı Beqonya Qomesin də görüntüsü yer alır. Həmin epizodda o, həyat yoldaşının vasitəçiliyi ilə universitetdə vəzifə əldə etdiyini etiraf edirmiş kimi göstərilir.

banner

Süni intellekt vasitəsilə hazırlanmış bu cür materialların seçkiqabağı siyasi mübarizədə istifadəsi ictimai müzakirələrə səbəb olub.

Əlaqəli Yazılar Xüsusi