Ev Dünyaİsraildə kadr böhranı: Müdafiə naziri ilə ordu rəhbərliyi üz-üzə gəldi

İsraildə kadr böhranı: Müdafiə naziri ilə ordu rəhbərliyi üz-üzə gəldi

by Baş Redaktor
24 Baxış

İsrailin müdafiə naziri İsrael Katsın yüksək rütbəli hərbçi ilə bağlı açıqlaması ölkədə mübahisəyə səbəb olub.

Army.az xəbər verir ki, nazir televiziya çıxışı zamanı Mərkəzi Hərbi Dairənin komandanı, general-mayor Avi Blutun vəzifəsinin general-mayor Dado Bar Kalifa ilə əvəzlənəcəyini bildirib.

O, Blutu radikal yəhudi məskunlaşmaçılarına qarşı sərt mövqe tutmaqda ittiham edib.

Lakin qısa müddət sonra İsrail Müdafiə Qüvvələri (SAXAL) bəyan edib ki, bu məsələ Baş Qərargah rəisi Eyal Zamirlə razılaşdırılmayıb və Avi Blut əvvəlki kimi vəzifəsini icra edir. Ordudan bildirilib ki, müdafiə naziri yüksək rütbəli zabitləri təkbaşına vəzifədən azad etmək səlahiyyətinə malik deyil.

banner

Bundan sonra İsrael Kats yeni açıqlama verərək Avi Blutun istefasını tələb etmədiyini bildirib. O, bununla bağlı yayılan məlumatları “tamamilə yalan” adlandırıb və onları hökumətə qarşı aparılan siyasi kampaniyanın tərkib hissəsi kimi qiymətləndirib.

Əlaqəli Yazılar Xüsusi