Ev DünyaYaxın Şərqdə tarixi an: Sülh razılaşması gündəmə gəldi

Yaxın Şərqdə tarixi an: Sülh razılaşması gündəmə gəldi

by Baş Redaktor
22 Baxış

Yaxın Şərqdə müharibənin sona yaxınlaşdığına dair ümidlər artıb.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“İsrail hökuməti çərşənbə günü Livanda mümkün atəşkəsi müzakirə etmək üçün iclas keçirib. İsrailin İran tərəfindən dəstəklənən “Hizbullah”la müharibəsi artıq altı həftədən çoxdur davam edir.

İki yüksək rütbəli Livan rəsmisi isə atəşkəs istiqamətində səylərin olduğunu, lakin onun müddəti və elan vaxtı barədə hələ dəqiq məlumat verilmədiyini bildirib. Donald Tramp isə iki ölkənin liderləri arasında cümə axşamı danışıqların keçiriləcəyini deyib, lakin əlavə detalları açıqlamayıb.

banner

Livan müharibəsinin dayandırılması əvvəlki sülh danışıqlarında əsas mübahisə mövzularından biri olub.

Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib ki, Pakistan vasitəçiliyi ilə aparılan danışıqlar “məhsuldar və davamlıdır” və razılaşma perspektivinə müsbət baxılır. O, ABŞ-ın aprelin 8-də əldə olunan iki həftəlik atəşkəsin uzadılmasını rəsmi şəkildə tələb etməsi barədə xəbərləri təkzib edib.

Leavitt həmçinin bildirib ki, yeni danışıqlar hələ təsdiqlənməyib, lakin çox güman ki, yenidən Pakistanda keçiriləcək”, – deyə qeyd edilib.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment