Ev DünyaSilvadan Trampa sərt mesaj: “Səhər durub hansısa ölkəni hədələyə bilməzsən”

Silvadan Trampa sərt mesaj: “Səhər durub hansısa ölkəni hədələyə bilməzsən”

by Baş Redaktor
21 Baxış

“ABŞ Prezidenti Donald Trampın səhər yuxudan oyanaraq digər ölkələri təhdid etməyə haqqı yoxdur”.

Army.az xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasio Lula da Silva “El País” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Tramp bu cür davranış üçün seçilməyib və ABŞ Konstitusiyası da buna icazə vermir:

“Nüfuzlu şəxslər sülhün qorunmasına daha çox məsuliyyətlə yanaşmalıdır. Ölkələrin yenidən silahlanmağa məcbur qalması böyük problemdir. Mən silaha yox, kitaba, qidaya və iş yerlərinə investisiya etmək istəyirəm. Avropa İttifaqı müdafiə üçün 800 milyard avro ayırmağı təklif edib, Böyük Britaniya və Yaponiya da silahlanmanı artırır.

banner

Bu tendensiyanı dayandırmaq üçün beynəlxalq liderlərin bir araya gəlməsi lazımdır və mən artıq Çin lideri Si Cinpin, Hindistan Baş naziri Narendra Modi, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronla bu mövzuda danışaraq görüş təşəbbüsü irəli sürmüşəm”.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment