Ev DünyaReuters: Tramp administrasiyası NATO qərarını dəyişir

Reuters: Tramp administrasiyası NATO qərarını dəyişir

by Baş Redaktor
23 Baxış

ABŞ NATO-nun təcili reaksiya qüvvələrində iştirakını azaltmağa hazırlaşır.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası 22 may tarixində NATO müttəfiqlərinə ABŞ-ın Avropa ölkələrinə böhran zamanı yardım üçün istifadə edə biləcəyi hərbi imkanların həcminin azaldılacağını açıqlamağı planlaşdırır.

NATO-nun “qüvvə modeli” çərçivəsində üzv ölkələr mümkün münaqişə və ya böhran vəziyyətlərində istifadə oluna biləcək ehtiyat hərbi resursları müəyyənləşdirir. Lakin bu qüvvələrin dəqiq tərkibi məxfi saxlanılır. Pentaqon isə bu strukturda ABŞ iştirakını əhəmiyyətli dərəcədə azaltmaq qərarı verib.

banner

Eyni zamanda Pentaqonun siyasi məsələlər üzrə nümayəndəsi bildirib ki, ABŞ NATO müttəfiqlərini qorumaq üçün nüvə çəkindiriciliyini saxlamaqda davam edəcək, lakin konvensional (adi) hərbi gücün tətbiqində Avropa ölkələrinin rolu daha da artacaq.

Əlaqəli Yazılar Xüsusi