“Kərkinin Ermənistan ərazisində yerləşdiyini iddia etmək ölkənin rəsmi ərazi göstəricisinin dəyişdirilməsi anlamına gəlir”.
Army.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistanın ərazisinin hazırkı 29 743 kvadratkilometr deyil, məsələn, 29 750 kvadratkilometr olduğunu bəyan etmək faktiki olaraq müharibə elan edilməsi kimi qiymətləndirilə bilər.
Baş nazir cəmiyyətdə müxtəlif siyasi seçimlərin mümkün olduğunu və vətəndaşların istənilən vaxt “müharibə partiyasının” arxasınca gedə biləcəyini bildirib.
Paşinyan eyni zamanda 2019–2020-ci illərdə baş verən hadisələrin yenidən təkrarlanmasına imkan verməyəcəyini vurğulayıb. O qeyd edib ki, gələcəkdə “niyə əvvəlcədən xəbərdar etmədin?” sualının yaranmaması üçün mövqeyini indidən açıq şəkildə ifadə edir:
“İndi xəbərdarlıq edirəm”.
