Ev Hərbi TexnologiyaSeulun dəniz gücü artır: MH-60R razılaşması təsdiqləndi

Seulun dəniz gücü artır: MH-60R razılaşması təsdiqləndi

by Baş Redaktor
28 Baxış

ABŞ hökuməti Cənubi Koreyaya 24 ədəd MH-60R “Seahawk” dəniz helikopterinin və onlarla əlaqəli missiya sistemlərinin satışını təsdiqləyib.

Army.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat verib.

Bildirilir ki, təxminən 3 milyard dollar dəyərində olan bu satış paketi həyata keçirildiyi təqdirdə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlara qarşı döyüş imkanları əhəmiyyətli dərəcədə güclənəcək.

Məlumata əsasən, paketə helikopterlərlə yanaşı radar sistemləri, sonar avadanlıqları, radioelektron mübarizə vasitələri, təlim simulyatorları və müxtəlif texniki dəstək elementləri də daxildir.

banner

Qeyd olunur ki, bu satış Cənubi Koreyanın əvvəlki illərdə əldə etdiyi 12 ədəd MH-60R helikopterinə əlavə olaraq həyata keçirilir və ölkənin “Seahawk” donanmasını daha da genişləndirəcək

Əlaqəli Yazılar Xüsusi