Ev Hərbi TexnologiyaVaşinqton hava donanmasını gücləndirir: F-15EX proqramı genişlənir

Vaşinqton hava donanmasını gücləndirir: F-15EX proqramı genişlənir

by Baş Redaktor
7 Baxış

“F-15EX Eagle II” döyüş təyyarələrinin istehsalı və alınması ABŞ Hərbi Hava Qüvvələrinin modernizasiya planında əsas prioritetlərdən biri kimi qalır.

Army.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri 2027-ci maliyyə ili büdcəsi çərçivəsində hava hücumundan müdafiə və uzaqmənzilli zərbə imkanlarını gücləndirmək məqsədilə 24 ədəd yeni “F-15EX” təyyarəsinin alınmasını planlaşdırır.

Bu proqram üçün təxminən 2,66 milyard dollar vəsait ayrılması nəzərdə tutulur.

Rəsmi sənədlərdə qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi yüksək silah yükü daşıma qabiliyyətinə malik bu tip təyyarələri gələcək yüksək intensivlikli münaqişələr üçün strateji əhəmiyyətli hesab edir.

banner

Eyni zamanda, “F-15EX” istehsal xəttinin ən azı 2031-ci ilə qədər aktiv saxlanılması planlaşdırılır. Bu proqramın əsas məqsədlərindən biri isə istismar müddətinin sonuna yaxınlaşan F-15C Eagle və F-15D Eagle modellərinin mərhələli şəkildə əvəz olunmasıdır.

Bildirilir ki, 1980-ci illərdən istismarda olan köhnə F-15 platformaları struktur yorğunluğu və yüksək texniki xidmət xərcləri səbəbindən artıq ciddi modernizasiya ehtiyacı ilə üzləşib.

Əlaqəli Yazılar Xüsusi