Ev TexnologiyaNATO-dan yeni qərar: “Abrams” və ATACMS Avropada istehsal olunacaq

NATO-dan yeni qərar: “Abrams” və ATACMS Avropada istehsal olunacaq

by Baş Redaktor
38 Baxış

NATO-nun Baş katibi Mark Rutte Avropada ABŞ istehsalı olan silahların, o cümlədən “Abrams” tankları və ATACMS raketlərinin istehsalına başlanacağını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Rutte Ankarada NATO Sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunun açılışında bildirib.

Onun sözlərinə görə, ABŞ və ölkənin aparıcı müdafiə şirkətləri – Anduril, Boeing, General Dynamics Land Systems, Lockheed MartinRaytheon Avropanın iri müdafiə sənayesi müəssisələri – Diehl, PGZRheinmetall ilə yeni sənaye əməkdaşlığı təşəbbüsləri barədə razılığa gəliblər.

Rutte, həmçinin qeyd edib ki, NATO ölkələri yaxın beş il ərzində pilotsuz uçuş aparatlarının və onlara qarşı mübarizə sistemlərinin istehsalına 40 milyard dollar sərmayə yatıracaq.

banner

Baş katib əlavə edib ki, Alyans 2027-ci ilin sonunadək pilotsuz uçuş aparatlarının operatorlarının hazırlanması imkanlarını beş dəfə artırmağı planlaşdırır.

Əlaqəli Yazılar Xüsusi