Ev TexnologiyaTürkiyə istehsalı BORAN haubitsaları Albaniyaya ixrac olunacaq

Türkiyə istehsalı BORAN haubitsaları Albaniyaya ixrac olunacaq

by Baş Redaktor
110 Baxış

Türkiyənin Makine ve Kimya Endüstrisi (MKE) şirkəti yerli istehsal olan 105 mm çaplı, havadan daşına bilən yüngül yedəkli BORAN haubitsalarının Albaniyaya satışı ilə bağlı müqavilə imzalayıb.

Army.az xəbər verir ki, NATO sammiti öncəsi əldə olunan razılaşmaya əsasən, Albaniya Silahlı Qüvvələrinə 6 ədəd BORAN haubitsası, eləcə də müxtəlif növ və sayda artilleriya sursatı təhvil veriləcək.

Bildirilib ki, silah sistemlərinin yaxın vaxtlarda Albaniyaya çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, BORAN haubitsaları uzun illərdir Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında istifadə olunur. Sistem ilk ixrac uğurunu 2024-cü ildə Banqladeşə satışla əldə edib, 2025-ci ildə isə Şimali Makedoniyanın arsenalına daxil edilib. Yeni müqavilə nəticəsində Albaniya BORAN haubitsalarının Avropadakı ikinci istifadəçisi olacaq.

banner

Əlaqəli Yazılar Xüsusi